Almaniyanın "Volfsburq" klubunun futbolçusu Renato Şteffen koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı yarımmüdafiəçidən götürülmüş analizin nəticəsi müsbət çıxıb.
 
İsveçrəli oyunçu dərhal komandadan təcrid olunaraq evində karantinə alınıb. O, Bundesliqanın 3-cü turu çərçivəsində "Auqsburq"a qarşı matçda oynaya bilməyəcək.
 
Qeyd edək ki, bu mövsüm bütün turnirlər daxil olmaqla 6 qarşılaşmada meydana çıxan Şteffen 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest