Prezident rəsmən açıqladı: Madagiz işğaldan azad olundu!
 
Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
 
Matc.az xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb: 
 
"Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
 
Yeri gəlmişkən, Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
 
Prezident H.Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.
 
Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest