İngiltərənin "Şeffild Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Liverpul"un hücumçusu Rian Brusteri transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Brusterin transferi "Şeffild Yunayted"ə 23.5 milyon funt-sterlinqə başa gəlib. Bu isə sözügedən klub tarixində ən bahalı transferdir. Futbolçunun gələcəkdə başqa kluba satışı zamanı da əldə olunacaq gəlirin 15 faizi "Liverpul"a çatacaq.
 
İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Bruster, "Liverpul"un əsas komandasında cəmi 4 oyun keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest