Madrid "Real"ı daha iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçiləri Dani Karvaxal və Alvaro Odriosola zədələnib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Karvaxalın diz bağlarında zədə aşkarlanıb. 28 yaşlı sağ cinah müdafiəçisinin azı 2 ay yaşıl meydanlardan kənarda alacağı bildirilir.
 
Odriosola isə sağ ayağındakı zədədən əziyyət çəkir. Karvaxal kimi sağ cinah müdafiəçisi olan 24 yaşlı ispan futbolçunun dəqiq bərpa müddəti bilinmir.
 
Qeyd edək ki, "Real"da Eden Hazard, Toni Kroos, Eder Militao və Mariano Dias da müxtəlif dərəcəli zədələr səbəbindən komandasına kömək edə bilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest