Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Rotor"la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-ci dəqiqədə əvəzlənib. Əliyev 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Ufa" 10 oyuna topladığı 6 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest