Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Girəsunspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Dörd turdan sonra hesabında 1 xal olan "Boluspor" 18 kollektiv arasında 16-cıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest