Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
Turun açılış matçında "çelsi" doğma meydanda "Kristal Pelas"ı qəbul edib və 4 cavabsız qolla qalib gəlib. "Mançester Siti" isə "Lids"in qonağı olub. "Şəhərlilər" bu oyunda da qələbə qazana bilməyiblər. "Everton" "Brayton"u, "Nyukasl" isə "Bernli"ni məğlub yola salıb.
 
İngiltərə Premyer Liqası
4-cü tur
3 oktyabr
 
çelsi – Kristal Pelas 4:0
Qol: çilluel, 50. Zuma, 66. Jorjinyo, 78-pen; 82-pen.
 
Everton – Brayton 4:2
Qol: Kalvert, 16. Mina, 45+2. Rodriqes, 52; 70 – Maupay, 41. Bissuma, 90+2.
 
Lids – Mançester Siti 1:1
Qol: Rodriqo, 59 – Sterlinq, 17.
 
Nyukasl – Bernli 3:1
Qol: Sent-Maksimin, 14. Uilson, 65; 77 – Vestvud, 61.
 
4 oktyabr
 
15:00 Lester – Vest Hem
15:00 Sauthempton – Vest Bromviç
17:00 Arsenal – Şeffild Yunayted
17:00 Vulverhempton – Fulhem
19:30 Mançester Yunayted -Tottenhem
22:15 Aston Villa – Liverpul

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest