Futbol üzrə Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda Qori "Dila"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qola imza atan Qurbanovun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.
 
12 turdan sonra hesabında 12 xal olan "Samtrediya" 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest