İtaliya çempionu "Yuventus"da koronavirus şoku yaşanır.
 
Matc.az xəbər verir ki, Turin klubunun iki üzvündə koronavirus aşkarlanıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Virusa yoluxan şəxslərin vəzifələri və adları açıqlanmayıb.
 
Maraqlıdır ki, "Yuventus" bu gün A Seriyasının 3-cü turu çərçivəsində "Napoli" ilə qarşılaşmalıdır. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir. Lakin Neapol təmsilçisi Turinə getmək niyyətində deyil və klubun nümayəndələri texniki məğlubiyyətin olmaması üçün turnirin rəhbərliyi ilə danışıqlar aparır. çünki "Yuventus"la yanaşı, "Napoli"nin düşərgəsində də koronavirusa yoluxanlar var. Belə ki, bu komandanın futbolçuları Petr Zelinski və Elyif Elmasda koronavirus aşkarlanıb.
 
Bu üzdən də "Yuventus" – "Napoli" matçının təxirə salınması ehtimalı yüksəkdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest