Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Dadaşovun çıxış etdiyi komanda doğma meydanda "Los Anceles Qalaksi 2" ilə qarşılaşıb. Oyun "Finiks Rayzinq"in 4:1 hesablı qələbəsiylə başa çatıb.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu fərqlənməyi bacarmayıb və 87-ci dəqiqədə əvəzlənib.
 
29 xal toplayan "Finiks Rayzinq" B qrupunun lideridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest