Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə Azərbaycana dəstək olub.

Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə Azərbaycana dəstək olub. 
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabında paylaşım edilib. 
 
"Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Vodafone Park" stadionunun tribunasında Azərbaycan və Türkiyə bayrağı yerləşdirilib. Tribunadakı pankartda "Bir millət, iki dövlət, tək deyilsən, Azərbaycan" yazılıb.
 
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının 4-cü turunda evdə "Gənclərbirliyi" ilə üz-üzə gələcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest