"Ermənistan tərəfi yenə də dezinformasiyalar yaymaqla məşğuldur".
 
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
 
Onun sözlərinə görə, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir: 
 
"Canlı və texnika sarıdan çoxlu itki verən düşmən artıq 60-70 yaşlı şəxslərdən istifadə etməyə başlayıb. Düşmənə qarşı adekvat tədbirlər görülür. Onların Gəncədəki hərbi obyektləri vurması ilə bağlı yaydığı xəbərlər tamamilə yanlışdır".
 
"Ermənistan tərəfi yenidən guya Azərbaycanın döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı xəbərlər, dezinformasiya xarakterli məlumatlar yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi hava qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Azərbaycanın Zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir. Ermənistan müdafiə nazirliyi Azərbaycan ordusu barədə yalan məlumatlar yaymaqla döyüşlərdəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. İctimiayyəti düşmənin dezinformasiyasına uymamağa  və yalnız Müdafiə Nazirliyinin rəsmi bəyanatlarına istinadən etməyə bir daha çağırış edirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest