"Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib. Cəbrayıl bizimdir!"
 
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciətində bəyan edib. 
 
Prezident Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yeni yaşayış məntəqələrinin siyahısını da açıqlayıb. Dövlət başçısı bəyan edib ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini işğaldan azad edib.
 
Prezident İlham Əliyev Cəbrayıl rayonunun və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edib: "Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıtdı. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest