"Ermənistanın Azərbaycanın vacib mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu". 
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabındakı paylaşımında bildirib.
 
Hikmət Hacıyev qeyd edib ki, raket Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb.
 
"Ancaq partlamayıb. Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir".
 
Qeyd edək ki, Azərbaycanın Mingəçevir sənaye şəhərinə Ermənistan tərəfindən dörd ədəd "Toçka" qısamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest