Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" klubu ispaniyalı müdafiəçi Luis Ernandeslə anlaşıb. Matc.az xəbər ver, 31 yaşlı oyunçu bu gün İsraildə olacaq. Ernandes yeni klubuna azad agent statusu ilə keçib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Makkabi" klubu ispaniyalı müdafiəçi Luis Ernandeslə anlaşıb.

Matc.az xəbər verir ki, 31 yaşlı oyunçu bu gün İsraildə olacaq. Ernandes yeni klubuna azad agent statusu ilə keçib.

"Real"ın yetirtməsi olan müdafiəçi ötən mövsüm "Malaqa"da çıxış edib. Təcrübəli futbolçu İngitərənin "Lester" klubunda da forma geyinib. O, "Makkabi" ilə 2 illik müqavilə imzlalayacaq.

Qeyd edək ki, komanda Avropa Liqasının I qrupunda "Qarabağ", "Vilyarreal"  və "Sivasspor"la mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest