"Qırmızı-qaralar" 24 yaşlı yarımmüdafiəçiyə komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

"Qəbələ"nin futbolçusu Qismət Alıyevin "Zirə"yə keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin saytı məlumat yayıb.
 
"Qırmızı-qaralar" 24 yaşlı yarımmüdafiəçiyə komandada keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
 
"Zirə"nin rəsmi "Facebbok" səhifəsi oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
 
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Qismət Alıyev 2010-cu ildən bu komandanın formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest