Azərbaycan qoşunlarının zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 
 
Nazirliyin yaydığı digər məlumata görə, Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.
 
Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest