İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Milan təmsilçisi "Parma"nın müdafiəçisi Matteo Darmianı icarəyə götürülüb. Təcrübəli futbolçu yeni komandasında "36" nömrəli formanı geyinəcək.
 
Bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb. Milan klubu mövsümün sonunda 31 yaşlı italyan futbolçunu birdəfəlik heyətinə qatmaq hüququna da malikdir.
 
Qeyd edək ki, Darmian "Parma"ya 2019-cu ildə İngiltərənin "Mançester Yunayted" klubundan keçib. İtaliya millisinin üzvü daha əvvəl "Milan", "Padova", "Palermo", "Torino" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest