İtaliya çempionu "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası nəhəngi "Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyezanı heyətinə qatıb.
 
Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. İtaliya millisinin də üzvü olan 22 yaşlı vinger Florensiya təmsilçisindən 2 illik icarəyə götürülüb. "Yuventus" iki illik icarə üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək. Amma onun 3 milyonu bu il, 7 milyonu gələn mövsüm "Fiorentina"ya ödəniləcək. "Yuventus" iki ilin tamamında daha 40 milyon avro ödəməklə Kyezanı birdəfəlik transfer edə biləcək.
 
Kyeza "Fiorentina"nın öz yetirməsidir. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinirdi. Federiko Florensiya təmsilçisinin heyətində 130-dan çox oyun keçirib.
 
"Yuventus" öz futbolçusu Mattia De Şilyonu da Fransanın "Olimpik" (Lion) klubuna icarəyə verib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı italyan futbolçu mövsümün sonuna qədər Liqa 1 təmsilçisinin uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest