İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi bu yay Fransa çempionu PSJ-dən ayrılan və azad agent statusu daşıyan uruqvaylı hücumçu Edinson Kavanini transfer edib.
 
Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Kavani 2013-cü ildən PSJ-də çıxış edirdi. O, Paris təmsilçisində 301 oyun keçirib, 200 qol, 43 məhsuldar ötürmə müəllifi olub.
 
"Mançester Yunayted" İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Amad Traore Diallonu da transfer edib. 18 yaşlı futbolçunun özü və klubu ilə bütün məsələlərdə razılıq əldə olunub. Lakin o, "qırmızı şeytanlar"a 2021-ci ilin yanvar ayından etibarən qoşulacaq.
 
MY öz müdafiəçisi Kris Smollinqi isə "Roma"ya satıb. 31 yaşlı futbolçu ötən mövsüm icarə əsasında formasını geyindiyi İtaliya təmsilçisinə birdəfəlik transfer olunub. Keçid "canavarlar"a 15 milyon avroya başa gəlib. Premyer Liqa təmsilçisi daha 5 milyon avro bonus əldə edə bilər.
 
Qeyd edək ki, Kris Smollinq ötən mövsüm A Seriyasında 37 oyun keçirib, 3 qola, 2 məhsuldar ötürməyə imza atıb. O, 2010-cu ildən formasını geyindiyi "Mançester Yunayted"də 323 oyuna 18 qolla yadda qalıb. 30 yaşlı ingilis futbolçu "Roma" ilə 4 illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest