İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "çelsi" klubunun yarımmüdafiəçisi Tyemua Bakayokonu icarəyə götürüb.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı fransız futbolçu mövsümün sonuna qədər Neapol təmsilçisinin uğurları üçün çalışacaq.
 
Fransanın "Renn" klubunun yetirməsi olan, ölkəsində "Monako"nun da uğurları üçün çalışmış Bakayoko 2017-ci ildən "çelsi"dədir. Lakin o, London klubunda möhkəmlənə bilmir. Bu üzdən də yarımmüdafiəçi geridə qalan mövsümü icarə əsasında "Monako"da, ondan əvvəlki mövsümü isə "Milan"da keçirib.
 
"Napoli" öz futbolçularından da ikisini icarəyə göndərib. Belə ki, 23 yaşlı yarımmüdafiəçi Adam Unas bu mövsümü icarə əsasında "Kalyari"də keçirəcək. Fransanın "Bordo" klubunun yetirməsi olan, Əlcəzair yığmasına dəvət edilən futbolçu 2017-ci ildən "Napoli"dədir. Gənc futbolçu geridə qalan mövsümdə "Nitsa"da icarədə olub.
 
"Napoli" heyətə düşməkdə çətinlik çəkən müdafiəçisi Sebastiano Lueprtini də "Krotone"yə icarəyə verib. Bu klubun öz yetirməsi olan 24 yaşlı futbolçu "Pro Verçelli" və "Empoli"də də icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest