Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubunun bir neçə oyunçusu koronavirusa yoluxub.
 
Matc.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, həmin şəxslərin adları açıqlanmır.
 
"Aleksandriya" əsas komandanın karantinə alındığını bildirib. Klubun məşqçiləri, futbolçuları və işçiləri tez bir zamanda təkrar testdən keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest