"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Tomas Parteyi transfer edib.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. "Topçular" bu keçidə görə İspaniya klubuna 50 milyon avro ödəyəcəklər. 27 yaşlı qanalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. O, yeni komandasında "18" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, "Atletiko"nun öz yetirməsi olan Partey, bu komandanın heyətində 188 oyun keçirib, 16 qola, 12 məhsuldar ötürməyə imza atıb. Tomas "Atletiko"da olarkən "Malyorka" və "Almeriya"da icarədə də oynayıb.
 
"Atlletiko" bu transfer qarşılığında "Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyranı heyətinə qatıb. Lakin 24 yaşlı uruqvaylı futbolçu Madrid təmsilçisində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.
 
Torreyra 2018-ci ildən "Arsenal"dadır. O, daha öncə İtaliyanın "Peskara" və "Sampdoriya" klublarında çıxış edib. Yarımmüdafiəçi həm də Uruqvay yığmasının üzvüdür.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest