Fransanın PSJ klubu yeni futbolçu ilə güclənib.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi "Barselona"dan Rafinyanı transfer edib. Bu barədə Fransa çempionunun rəsmi saytı məlumat yayıb.
 
Parislilər braziliyalı yarımmüdafiəçi ilə 2023-cü ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayıb. Keçidin maliyyə detalları açıqlanmayıb. Rafinya yeni klubunda 12 nömrəli forma geyinəcək.
 
"Barselona"nın öz yetirməsi olan Rafinya, 2013/14 və 2019/20 mövsümlərini "Selta"da icarədə keçirib. Braziliya yığmasında da bir neçə oyun keçirmiş 27 yaşlı yarımmüdafiəçi, 2018-ci ildə Milan "İnter"ində icarədə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest