Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilməli olan Ermənistan - Gürcüstan oyununun yeri dəyişdirilib.
 
Matc.az xəbər verir ki, oktyabrın 11-də keçiriləcək qarşılaşma bölgədəki vəziyyətlə bağlı Polşada oynanılacaq.
 
Ermənilər 3 gün sonra isə Estoniyanın qonağı olacaq.
 
Qeyd edək ki, UEFA Millətlər Liqasının 4-cü turunda Azərbaycan və Kipr yığmaları arasındakı matç da Albaniyada keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest