Futbol üzrə Ukrayna millisinin və İspaniyanın "Real" klubunun qapıçısı Andrey Lunində koronavirus aşkarlanıb. 
 
Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
21 yaşlı qolkiperlə yanaşı, digər futbolçu, "Aleksandriya"dan yığmaya çağırılan Yuri Pankovun testi də müsbət nəticələnib. Bundan əlavə, komandanın aşpazı da koronavirusa yoluxub. Onların hər üçü oteldə karantinə alınıblar.
 
Qeyd edək ki, Ukrayna millisi oktyabrın 7-də Fransa ilə yoldaşlıq oyunu keçirəcək. Sözügedən komanda UEFA Millətlər Liqasında oktyabrın 10-da Almaniya, oktyabrın 13-də İspaniya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest