Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa klubu Sloveniyanın "Olimpiya" klubunun yarımmüdafiəçisi Endri çekicini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı alban futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Albaniya yığmasına da dəvət alan Endrik çekici, ötən mövsüm Sloveniya çempionatında 10 qola imza atıb. O, daha öncə "Lokomotiva" (Zaqreb), "Dinamo" (Zaqreb) və "Poqradeçi"də də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest