"Roma" iki futbolçusunu icarəyə göndərib.
 
Matc.az xəbər verir ki, İtaliya klubu niderlandlı yarımmüdafiəçisi Castin Kluyverti "Leyptsiq"ə, isveçli qapıçısı Robin Olseni isə İngiltərə "Everton"una icarəyə verib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna qədər sözügedən komandalarda forma geyinəcək.
 
Qeyd edək ki, Patrik Kluyvertin oğlu olan Castin, 2018-ci ildən "Roma"da çıxış edir. "Ayaks"ın yetirməsi olan futbolçu Niderland yığmasına da dəvət alır. 21 yaşlı futbolçu Bundesliqa təmsilçisində "21" nömrəli formanı geyinəcək.
 
Olsen də 2018-ci ildən "Roma"dadır. 30 yaşlı qolkiper bir mövsüm "canavarlar"ın uğurları üçün çalışdıqdan sonra geridə qalan mövsümdə "Kalyari"yə icarəyə verilmişdi. Onun "Roma" ilə müqaviləsi 2023-cü ildə başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest