Fransanın "Sent-Etyen" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın "Bayer" klubunun yunan müdafiəçisi Panayotis Retsosu heyətinə qatıb.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. Yunanıstan yığmasının da üzvü olan müdafiəçi, yeni komandasında "4" nömrəli formanı geyinəcək.
 
"Olimpiakos"un yetirməsi olan Retsos, 2017-ci ildən "Bayer"də çıxış edir. O, geridə qalan mövsümdə "Şeffild Yunayted"ə də icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest