"Sabah" klubunda çıxış edirəm və yeni komandamda hər şey qaydasındadır".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Sabah" klubunun hücumçusu Ramil Şeydayev Rusiyanın "spbdnevnik.ru" saytına müsahibəsində deyib. O, daha sonra belə davam edib:

"çempionat yeni başlasa da, "Sabah"a adaptasiya olmaq üçün çox vaxt lazım olmadı. Heyətdəki bir çox oyunçu ilə bir-birimizi yaxşı tanıyırıq. Hazırda ölkədə müharibə gedir. Əlbəttə, futbola təsir edir. çünki hamı narahatdır və bu barədə düşünür.

Şeydayev karyerası ilə bağlı da danışıb. O, çıxış etdiyi Avropa klublarında yaxşı təcrübə qazandığını vurğulayıb:

Əvvəla deyim ki, Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm. Burada hər şey qaydasındadır. "Trabzonspor"da əla təcrübə topladım. Türkiyə çempionatını sevirdim. Slovakiyada da pis oynamırdım. "Jilina"da hər şey əla olmasa da, pis formada deyildim. Ancaq ora uyğunlaşmaq çətin idi. Azərbaycanda isə hər şey yolundadır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest