UEFA Millətlər Liqasının III turunda keçiriləcək Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb. 
 
Matc.az xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Ricardo de Burgos Bengoçeaya yan xətt hakimləri Roberto del Palomar və Pau Cebrián Devís köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Xavier Estrada Fernandez yerinə yetirəcək. 
 
Oktyabrın 10-da baş tutacaq qarşılaşmada erməni əsilli fransalı Paskal Qaribyan hakim-inspektor, serbiyalı İqor Radoyiçiç UEFA nümayəndəsi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest