07 Oktyabr 2020, 19:34
DİGƏR
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetiririlib, 143 nəfəri isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.