"İnter"in futbolçusu Joao Mario karyerasını Portuqaliyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Sportinq"ə keçib.
 
Bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mario, 2020/21 mövsümünü icarə əsasında "Sportinq"də keçirəcək.
 
Portuqaliya millisinin də üzvü olan futbolçu daha əvvəl – 2014-2016-cı illər aralığında da "Sportinq"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest