"Beşiktaş" hücumçusu Umut Nayiri icarəyə göndərib.
 
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu Xorvatiyanın "Hayduk" (Split) klubuna icarəyə verilib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Split təmsilçisi Umutu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürüb.
 
Xorvatiya klubu Umut Nayirin "Hayduk"da forma geyinəcək ilk türk futbolçu olduğunu da xüsusi qeyd edib.
 
Umut Nayir "Beşiktaş"da 2018-ci ildən çıxış etsə də, İstanbul klubunda möhkəmlənə bilməyib. O, karyerası ərzində "Ankaragücü", "Ankaraspor", "Yeni Malatyaspor", "Göztəpə" və "Bursaspor"da da forma geyinib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest