Türkiyə çempionu "Başakşəhər" hücumçusu Edin Vişça ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, Bosniya və Herseqovina yığmasının da formasını geyinən 30 yaşlı futbolçu, yeni müqaviləyə əsasən 2025-ci ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.
 
Vişçanın İstanbul klubu ilə əvvəlki müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər idi.
 
Qeyd edək ki, Vişça 2011-ci ildə transfer olunduğu "Başakşəhər"ə 9 ildir xidmət edir. Artıq komandanın kapitanlıq sarğısını da daşıyan futbolçu, bu komandanın heyətində Super Liqada 270 matça çıxıb, 76 qola imza atıb. TFF 1-ci liqada 34 oyuna 10, Türkiyə Kubokunda 19 oyuna 1 qol vuran Vişça, UEFA çempionlar Liqasında 6 (2 qol), Avropa Liqasında isə 22 oyun (11 qol) keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest