Qrupa vəsiqə əldə edən 32 klubun hər birinə 14,5 milyon avro ilkin ödəniş, eyni zamanda 750 min avro qalıq ödəniş ediləcək. Qrupda hər qələbə 2,7 milyon, heç-heçə 900 min avro ilə qiymətləndiriləcək.

UEFA çempionlar Liqasında 2020/21 mövsümü üçün ödənişlərin məbləğini açıqlayıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu qrup mərhələsindən etibarən iştirakçıların qazanacağı pulları müəyyənləşdirib.
Qrupa vəsiqə əldə edən 32 klubun hər birinə 14,5 milyon avro ilkin ödəniş, eyni zamanda 750 min avro qalıq ödəniş ediləcək. Qrupda hər qələbə 2,7 milyon, heç-heçə 900 min avro ilə qiymətləndiriləcək.

Klubların pley-off mərhələlərindəki qazancları isə belə olacaq:
1/8 finala vəsiqə - 9,5 milyon avro
1/4 finala vəsiqə - 10,5 milyon
Yarımfinala vəsiqə - 12 milyon
Finala vəsiqə - 15 milyon avro.

Qrup mərhələsinə oktyabrın 20-də start veriləcək. çempionlar Liqasının qalibi əlavə daha 4 milyon avro qazanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest