Rusiyanın "Ufa" klubu baş məşqçisi Vadim Yevseyevlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
ötən ildən komandaya rəhbərlik edən Yevseyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 44 yaşlı mütəxəssisin gedişinə komandanın cari mövsümdəki uğursuz çıxış səbəb olub. çünki "Ufa" 10 turdan sonra 6 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.
 
Qeyd edək ki, azərbaycanlı futbolçu Azər Əliyev hazırda "Ufa"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest