PSJ-nin hücumçusu Neymar Braziliya milli komandasının düşərgəsində zədələnib.
 
Matc.az ESPN-ə istinadən xəbər verir ki, məşq zamanı belində ağrılan hiss edən Neymar müayinə olunub. 28 yaşlı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Neymar Braziliya millisinin Dç-2022-nin seçmə mərhələsində Boliviya və Peru ilə qarşılaşacağı oyunları buraxa bilər.
 
Braziliya oktyabrın 10-da Boliviya, 14-də isə Peru ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest