İtaliya çempionu "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun evi qarət olunub.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 7-də Portuqaliya və İspaniya yığmaları arasında baş tutmuş yoldaşlıq oyunu zamanı naməlum şəxs Ronaldonun Madeyra şəhərindəki villasına daxil olub.
 
O, təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.
 
Qeyd edək ki, Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt-sterlinqdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest