İngiltərənin "Vest Hem" klubunun baş məşqçisi David Moyes koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin çalışdırıcısı artıq tam sağalıb və komandanın "sükanı arxasına" dönüb.
 
57 yaşlı şotland mütəxəssis bunu klubun rəsmi saytına açıqlamasında bəyan edib:
 
"Artıq özümü yaxşı hiss edirəm. Əlbəttə, baş verənlər öncə şok effekti yaratdı. Amma bu, həyatımızın bir hissəsidir". 
 
Qeyd edək ki, "Vest Hem" sentyabrın 23-də Moyesdə koronavirus aşkarlandığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest