İtaliyanın "Latsio" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Adam Maruşiç zədələnib.
 
Monteneqrolu futbolçu "İnter"lə oyunda (1:1) sıradan çıxıb. 27 yaşlı futbolçu zədə səbəbindən azı 3 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.
 
İtaliya mətbuatının yazdığına görə, Maruşiç A Seriyası çərçivəsində "Sampdoriya" və "Bolonya", eləcə də çempionlar Liqasında Dortmund "Borussiya"sı ilə oyunlarda komandasına kömək edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest