İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, bu, "Everton"un hücumçusu Dominik Kalvert-Levindir. Futbolçu keçən ay iştirak etdiyi üç oyunda 5 qolla yadda qalıb.
 
O, bu mükafat uğrunda komanda yoldaşı Xames Rodriqesi, Patrik Bemford ("Lids"), Timoti Kastan, Ceymi Vardi ("Lester"), Tariq Lampti ("Brayton"), Harri Keyn ("Tottenhem") və Sadio Maneni ("Liverpul") geridə qoyub.
 
Qeyd edək ki, "Everton" Premyer Liqada keçirdiyi 4 oyunda maksimum nəticə ilə birinci pillədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest