10 Oktyabr 2020, 10:21
DİGƏR
Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, düşmən Xocalı istiqamətindən Hadrutu da intensiv atəşə tutur. İşğaldan yenicə azad olunmuş Hadrut yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulur.
Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.