Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 1-ci turuna yekun vurulub.
 
Matc.az xəbər verir ki, tura Braziliya – Boliviya görüşü ilə yekun vurulub.
 
Qarşılaşma braziliyalıların 5:0 hesablı darmadağınıyla yekunlaşıb. Digər qarşılaşmada isə Kolumbiya Venesuela üzərində inamlı qələbə qazanıb – 3:0.
 
İlk turdan sonra Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələdə 4 komandanın – Braziliya, Kolumbiya, Argentina və Uruqvayın 3 xalı var.
 
Dç-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ
1-ci tur
9 oktyabr
 
Paraqvay – Peru 2:2
Qol: A.Romero, 66; 81 – A.Karilyo, 52; 85.
 
Uruqvay – çili 2:1
Qol: L.Suares, 39. M.Qomes, 90+3 – A.Sançes, 54.
 
Argentina – Ekvador 1:0
Qol: L.Messi, 13-pen.
 
10 oktyabr
 
Kolumbiya – Venesuela – 3:0
Qol: D.Sapata, 16. L. Muriel, 26; 45+3.
 
Braziliya – Boliviya – 5:0
Qol: Markinyos, 16. R. Firmino, 30; 49. X. Karrasko, 66-öz qapısına. F. Koutinyo, 73.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest