UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları müəyyənləşib.

Matc.az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Fran Yoviçə İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq.

Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest