"Milan"ın daha bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın müdafiəçisi Matteo Qabbiyada koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Milan"da bundan əvvəl Rafael Leao və Zlatan İbrahimoviçdə də koronavirus aşkarlanmışdı. Hər iki hücumçu artıq tam sağalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest