Futbol üzrə İspaniya La Liqasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Barselona"nın hücumçusu Ansu Fati ötən ayın ən yaxşısı seçilib. 17 yaşlı futbolçu bu ad uğrunda mübarizədə Luis Suares ("Atletiko"), Yaqo Aspas ("Selta"), Serxio Kanales ("Betis"), Mikel Merino ("Real Sosyedad"), Xose Luis Moralesi ("Levante") qabaqlayıb.
 
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Fati sentyabrda 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest