10 Oktyabr 2020, 22:23
DİGƏR
Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş "Atlantis Armenian Airlines" aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında paylaşım edib.
"Bu, açıq şəkildə çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir".