11 Oktyabr 2020, 11:00
DİGƏR
Gecə saatlarında düşmən humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub. Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində beş mülki şəxs həlak olub, 28 nəfər yaralanıb.
Sakin: "İnsanların qışqırıq səslərinə oyandım. Xəsarət alanları xəstəxanalara yerləşdirdik".
Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində bir sıra tikililərə də ziyan dəyib.