"İlkin mərhələnin H qrupundan Finlandiyanın əsas mərhələyə yüksələcəyini gözləyirəm. G qrupuna gəldikdə, yəqin ki, Hollandiya birinci yeri tutacaq. Estoniya və ya Bolqarıstanın ikinci yeri tutacağı realdı". Matç.az saytı xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan yığmasının çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib: "Slovakiyanın yaxşı futzal ənənələri var. Təxminən 3 il əvvəl Azərbaycan millisi bu komandaya qarşı oynayıb. Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçirilən qarşılaşmalar kifayət qədər çətin alınmışdı. 3:1 hesablı qələbə qazanılan oyunu televiziya vasitəsilə izləmişdim. Ancaq bu dəfə fərqli qarşılaşma olacaq. çünki son 3-4 ildə onlar xeyli inkişaf ediblər. Müxtəlif turnirlərdə, rəsmi oyunlarda iştirak etməklə kifayət qədər təcrübə toplayıblar. Əlbəttə, çətin rəqibdi. Ancaq müqayisə aparsaq daha güclü qrupa düşə bilərdik".

Da Silva qrup matçlarının Bakıda keçirilməsini üstünlük sayır: "Azarkeş üstünlüyünə malik olacağıq, eyni zamanda bələd olduğumuz, hər gün məşq keçidyimiz məkanda oyunlarımızı keçirəcəyik. Hansısa ölkəyə səfər etməyəcəyik və komandada yol yorğunluğu olmayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest